Məşhur jurnalist bir gözünü itirdi

DÜNYA
18:12 02.02.2013
1435
Ötən gün Amerikanın Türkiyədəki səfirliyinin qarşısında baş verən partlayışda yaralanan tanınmış jurnalist Didem Tuncayın vəziyyəti ağır olaraq qalır.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin NTV telekanalının simasının gözü zədələnib. Ağır yaralanan Didem Tuncay dərhal Ankara Nümunə xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Əməliyyatdan sonra onun sağ gözünün kor olduğu məlum olub.Hazırda xəstəxanada müalicə alan Didem Tuncayın vəziyyətinin ağır olduğu bildirilib. Baş nazir jurnalsitin vəziyyətilə maraqlanmış və onun ağır vəziyyətdə olduğunu bildirib. Receb Tayyib Erdoğan "Allahdan ona şəfa diləyirəm, ailəsinə isə keçmiş olsun" deyib.

OXŞAR XƏBƏRLƏR