Lüks avtomobil markası "Lamborghini" 5500 dollara xüsusi uşaq arabası istehsal edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, italyan nəhəngi bu həftənin əvvəlində yüksək keyfiyyətli uşaq arabaları və beşiklər istehsalçısı Silver Cross ilə əməkdaşlıqda "Reef AL Arancio" adlı uşaq arabası modelini satışa çıxardığını elan edib. Uşaq arabası isə qiymətinə görə geniş müzakirələrə səbəb olub. Belə ki, arabanın qiymətinin isə 5500 dollar (9350 AZN) olduğu qeyd olunub.
"Lamborghini" bu məhsulu "super uşaq arabalarının yeni erası" kimi xarakterizə edib. Valideynlər isə qiymətə görə "inanılmaz israfçılıq" adlandıraraq reaksiya verdilər.
Modelin dünya üzrə cəmi 500 ədədinin istehsal edildiyi açıqlanıb.
Gülay