Məşhur model Adriana Lima reklam üzü olduğu markayla müqavilə yeniləmək üçün İstanbula gəlib.
İstanbulda yalnız 3 saat qalan məşhur model reklam çəkilişlərində 1 milyon lirəlik müqaviləyə imza atıb.
Əsl adı Adriana Francesca Limadır. 12 iyun 1981-ci ildə Braziliyanın Bahia şəhərində anadan olub. Doğma portuqal dilindən əlavə Lima ingilis, fransız, bir az da italyan dilində danışır. Onu sevənlər çox olsa da o, 2009-cu il iyun ayında 2007-ci ildə tanış olduğu Serbiya basketbolçusu Marko Jaric ilə ailə həyatı qurub.
2009-cu il noyabr ayının 15-də onların bir qızı dünyaya gəlib və adını Valentina Lima Jaric qoyublar. Cütlük hal-hazırda da xoşbəxt ailə həyatını davam etdirir. Onların hal-hazırda iki qızı var.(baku.ws)