Məşhur model ailə qurduqdan sonra dinini dəyişdi

Məşhur model ailə qurduqdan sonra dinini dəyişdi
DÜNYA
08:12 19.11.2026
74
Rusiyanın "Dom-2" realiti-şousunun keçmiş iştirakçısı, model İrina Pinçuk iş adamı Salambek Martazanovla ailə qurduqdan sonra İslam dinini qəbul etdiyini açıqlayıb.

Bu barədə o, "Instagram" səhifəsində paylaşım edib.

"Yoldaşım müsəlmandır. Lakin münasibətlərimiz boyunca o, məni heç vaxt öz dininə yönəltməyə çalışmayıb. Nə məni razı salmağa çalışıb, nə israr edib, nə də inandırıb. Əlbəttə, heç nəyi mənə məcbur etməyib", - deyə model yazıb.

Pinçukun sözlərinə görə, onun İslama marağı tədricən yaranıb. O, həyat yoldaşının davranışlarını, ailəsinə və ətrafındakılara münasibətini, eləcə də həyat prinsiplərini müşahidə edib. Bu müşahidələr onu dini müstəqil şəkildə araşdırmağa, Quran oxumağa və düşündürən suallara cavab axtarmağa sövq edib.

"Heç kim məni əlimdən tutaraq bu qərara gətirməyib, qarşıma heç bir şərt qoyulmayıb. Bu, mənim öz yolum, marağım və şüurlu seçimim olub", - deyə Pinçuk əlavə edib.

Qeyd edək ki, Pinçuk avqust ayında Martazanovla ailə qurub. Nikah mərasimi İslam qaydalarına uyğun keçirilib. Modelin sözlərinə görə, o, evləndiklərini əvvəlcə ictimailəşdirməyib. Şəxsi həyatındakı dəyişikliklər barədə danışmaq qərarını isə cütlüyün münasibətlərinin ilk dövrlərində qarşılaşdığı mənfi reaksiyalarla izah edib.

Martazanov isə modellə münasibətlərinin səmimi və sevgi dolu olduğunu bildirib.

///oxu.az
OXŞAR XƏBƏRLƏR