Məşhur model "Hacı" oldu

MAQAZİN
11:00 01.03.2014
1290
Daha bir məşhur sima müsəlmanlığı qəbul edib. 
AZXEBER.COM-un məlumatına görə, dünyaca məşhur alt geyimi brendi olan "Victoria Secret"in cazibədar modeli bu addımı ilə hər kəsdə maraq oyadıb. Əslən cənubi Afrikadan olan cazibədar maniken Kandise Svanepoel, Türkiyəyə səfəri zamanı müqəddəs ziyarətə yollanaraq "Hacı" olub.Ötən həftə geyim markasının Türkiyədə tədbiri keçirilib. "Victoria Secret"in İstanbulda açacağı mağazasının tanıtım videousu üçün İstanbula üz tutan Kandise Svanepoel, İstanbulun ardından Efesə yollanıb. Məşhur cazibədar model, burada aparılan çəkilişlərdən sonra "Məryəm Ana"nın evini də ziyarət edib.Xristian olan Svanepoel, vətəni Cənubi Afrikaya "Hacı" olaraq dönüb.Qeyd edək ki, 25 yaşı olan gözəl xanım 15 yaşından etibarən model biznesinə qoşulub. Görünüşü ilə tez bir zamanda gözə çarpan model iki il sonra Nyu-Yorka köçüb. O, 2011-ci ildən etibarən Bright Crystal by Versace adlı ətirin reklam simasıdır, 2013-cü ildən Max Factor kosmetik şirkət ilə əməkdaşlıq edir. Elle, Muse, Marie Claire, GQ, Cosmopolitan, 10 Magazine, W Korea, Numero Tokyo, Harper’s Bazaar, Vogue kimi məşhur dərgilərin üz qabığına çəkilib.
OXŞAR XƏBƏRLƏR