Sosial media fenomeni Selin Ciğerci Deniz Akkayanı oğru adlandırdığına görə şikayət edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Selin Ciğerci Deniz Akkayanı sosial şəbəkədə onu oğru adlandırdığı üçün şikayət edib. Şikayət əsasında prokurorluq məhkəməyə müraciət edib.
Deniz Akkayanın Selin Ciğercini açıq-aşkar təhqir etdiyi bildirilib və onu açıq şəkildə təhqir etmə cinayətinə görə 2 il 2 ay həbs cəzasına məhkum edilməsi istənilib.
Məhkəmə tərəflərə əks ifadələr vermək üçün vaxt verərək iclası təxirə salıb.
Gülay