Məşhur molla 5 yaşlı qızını zorladı, sonra döyüb öldürdü -FOTO

MARAQLI
14:16 04.02.2013
8565

Səudiyyə Ərəbistanı Krallığında 5 yaşlı qızına dəfələrlə təcavüz edərək zorlayan, sonra da qızı vəhşicəsinə döyərək öldürən məşhur din xadiminin məhkəmə prosesi başa çatıb.

Ölkədə "Molla Feyhan" kimi tanınan, dövlət telekanallarındakı ən populyar dini verilişlərdən birinin aparıcısı olanFeyhan əl Həmdi4 ay müddətinə azadlıqdan məhrum olunub. Bundan başqa o, "qan pulu" qismində 50 min dollarlıq cəriməni dövlətə ödəməlidir. Hakimin qərarında deyilir: "Feyhan əl Həmdinin qətlə yetirdiyi şəxs qız olduğu üçün onun cəzası yarıbayarı azaldılıb". Feyhan əl Həmdi 5 yaşlı qızıLəmanı 2011-ci ildə dəmir çubuq, sonra da kabel qırığı ilə vəhşicəsinə döymüşdü. Bundan əvvəl isə o, qızını dəfələrlə zorlamışdı. Həmdi məhkəmədə verdiyi ifadəsində bildirib ki, qızının bakirə olmadığından şübhələnmişdi və bu səbəbdən də Ləmanı zorla müayinə etdirmişdi. 2011-ci ilin dekabrında başı əzilmiş, qabırğaları və bir qolu qırılmış, vücudunda çoxsaylı yara və yanıq yerləri olan Lama xəstəxanaya aparılmışdı. Müayinə zamanı bəlli olmuşdu ki, Ləma öldürülməzdən əvvəl dəfələrlə zorlanıb. (milli.az)

OXŞAR XƏBƏRLƏR