Məşhur müğənni Bakıda 200 min dollara toyda oxudu

MAQAZİN
16:36 01.10.2012
2723
Bir neçə gün öncə Bakıya qonaq gələn Türkiyənin məşhur müğənnisi Zerrin Özer dünən paytaxt şadlıq evlərindəki restoranlardan birində keçirilən toy məclisinə qatılıb.
525.az-ın məlumatına görə, bəyin dostları tərəfindən toya hədiyyə olaraq gətirilən müğənni məclis iştirakçılarına öz musiqi töhfəsini bəxş edib.Zerrin Özerin “Buta Palace”da keçirilən məclisə qatılmaq üçün toy sahibindən 200 min dollar məbləğində qonorar aldığı bildirilir. Toyda türkiyəli müğənni ilə yanaşı Aygün Kazımova, Faiq Ağayev və Röya da çıxış edib.Qeyd edək ki, Özer Bakıya müğənni Samir Piriyevin dəvəti ilə gəlmişdi.

OXŞAR XƏBƏRLƏR