Məşhur müğənni Serdar Ortac Bursa Açıq Hava səhnəsində bursalı pərəstişkarları ilə görüşüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bursalı sevənləri üçün sevilən mahnılarını səsləndirən Ortac bundan sonra kimin üçün mahnı oxuyacağını açıqlayıb.
Ortac fanatları ilə söhbət edərkən "Yenicə boşandığım üçün bu səhnə indi mənə yeni görünür. Bikar qalmışam, bundan sonra subaylara və ailə qurmayan qadınlara mahnı oxuyacağam”, - deyib.
Türkiyənin hər yerində pərəstişkarları ilə görüşməyə davam edən müğənni "Bu mənim son turumdur. Bundan sonra konsert olmayacaq, məni telefonda, videolarda izləyəcəksiniz”, - deyib.
Gülay