Məşhur müğənni də zəlzələdən zərərçəkənlərə yardım etdi: 12 ailənin...

Məşhur müğənni də zəlzələdən zərərçəkənlərə yardım etdi: 12 ailənin...
DÜNYA
10:28 23.02.2023
164
Bir müddət əvvəl verdiyi açıqlaması ilə diqqət çəkən müğənni Yıldız Tilbe "Bir Kirayə Bir Ev" kampaniyasına dəstək verərək 12 ailənin 1 illik kirayə haqqını ödəyəcəyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, İzmir Böyükşəhər Bələdiyyəsinin də qatqıları ilə Halk TV ekranlarında təşkil edilən "Bir Kirayə Bir Ev" kampaniyası məşhur adlardan dəstək almağa başlayıb. Ötən gün axşam Halk TV-də canlı yayıma qatılan müğənni Yıldız Tilbe də kampaniyaya dəstək verib.

Zəlzələdən zərərçəkənlər üçün əlindən gələni etmək istədiyini deyən müğənni "Allah küçədə olan hər kəsə kömək olsun, amma əlimizdən gələni edəcəyik. 10-12 ailənin illik kirayə haqqını öz üzərimə götürmək istərdim. Mən də kirayəçi ailələrlə görüşmək istəyirəm. Başqa mühüm ehtiyaclarını da qarşılamaq istəyirəm” deyib.

Qeyd edək ki, bu yaxınlarda Twitter hesabında vəsiyyətini açıqlayan Yıldız Tilbe onun dəfnində heç bir siyasətçinin iştirakını istəməyib. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR