Türk klassik musiqisinin güclü səslərindən Muazzez Ersoy dələduzların hədəfi olub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sosial media hesabında yaxın ətrafına göndərilən saxta VatsApp mesajlarını paylaşaraq həm dostlarını, həm də izləyicilərinə xəbərdarlıq edib.
Məşhur sənətçi açıqlamasında bildirib:
"Mənim adımdan yaxınlarıma bir şəxs və ya şəxslər tərəfindən vatsapp mesajları göndərilib. Mesajlaşma mənim tərzim olmadığı üçün vəziyyət diqqəti cəlb edib. Dünən bu barədə məlumat əldə etdik və vəkilim məhkəmə prosesinə başlayıb. Heç kimin zərər görməsinin və ya fırıldaqçılığa məruz qalmasın deyə dərhal burada paylaşmaq və qohumlarımı xəbərdar etmək qərarına gəldim. Xahiş edirəm, əgər mənim adımdan belə bir mesaj almısınızsa, mənə bildirin. Bu mesajlar və telefon nömrəsi mənə məxsus deyil".
Aysel










































