Müğənni Hadisə onu küçədə görənləri şoka salıb. Şəxsi avtomobilindən düşərkən maşınının arxasında saysız-hesabsız pal-paltar elə bil paltar rəfindən asılı formada olduğu kimi asılmışdı. Diqqəti çəkən isə müğənninin əynindəki kürk olub. Jurnalistlərin “Bu təbii kürkdürmü” sualına “Yox əlbəttə! Mən belə şeylərdə çox diqqətliyəm” deyə cavab verib.