Məşhur müğənni və aktyor Kutsi boşanma prosesində olan həyat yoldaşı Sibel Ülkerin yaşadığı İstanbul Maltepedəki evin 10 min lirəlik kirayəsini ödəmədiyi üçün ev sahibi tərəfindən ikinci dəfə məhkəməyə verilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Kutsi üçün girov və evdən çıxarılma tələbi ilə icra prosesi başlasa da, ev sahibi Zehra Işıklının vəkili Levent Yazıcı məşhur müğənninin kirayə haqqını ödəməmək vərdişinin olduğunu bildirib.
Kutsinin kirayə haqqını ödəməmək vərdişi olduğunu deyən vəkil Levent Yazıcı İstanbul Anadolu İcra Hüquq Məhkəməsinə müraciət edərək kirayə müqaviləsinə xitam verilməsini və evdən çıxarılmasını tələb edib.
Ayşən