Məşhur müğənni xəstəxanaya yerləşdirildi - Təcili əməliyyat olundu

Məşhur müğənni xəstəxanaya yerləşdirildi - Təcili əməliyyat olundu
MAQAZİN
11:51 28.03.2026
250
Türkiyəli tanınmış müğənni Cengiz Kurtoğlu əməliyyat olunub.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi dünən axşam burun qanaması səbəbi ilə xəstəxanaya yerləşdirilib.

Aparılan müayinələrdən sonra C.Kurtoğlunun iki damarında tıxanıqlıq qeydə alınıb və təcili əməliyyat edilib.

Məlumata görə, damarlarından birinə stent qoyulan müğənninin vəziyyəti hazırda yaxşıdır. 

Bununla yanaşı, Kurtoğlu səhhəti ilə bağlı bu gün üçün planlaşdırılan konsertini də təxirə salıb.
OXŞAR XƏBƏRLƏR