Dünya şöhrətli müğənni Beyonce Şotlandiyanın Murrayfild şəhərindəki konsertindən əvvəl 110 toyuq burger, 90 pide və 9 toyuq budu sifariş etməsi ilə gündəmə gəlib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, məşhur müğənninin ödədiyi qiymət diqqət çəkib.
Son albomu ilə eyni adı daşıyan "Renaissance” adlı dünya turnesini reallaşdırmaq üçün konsertlər verən pop ulduzu Beyonce Şotlandiyanın Murrayfild şəhərindəki konsertindən əvvəl komandasını restorana aparıb.
Restoranda o, komandası üçün 110 toyuq burger, 90 pide və 9 toyuq budu sifariş edib və ümumilikdə 1800 sterlinq ödəyib.
Ayşən