Məşhur müğənnidən üzücü xəbər - Sağalmaz xəstəliyə yoluxdu

Məşhur müğənnidən üzücü xəbər - Sağalmaz xəstəliyə yoluxdu
MAQAZİN
00:26 09.12.2022
525
Dünyaca məşhur kanadalı müğənni Selin Dion çox nadir görülən nevroloji xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 54 yaşlı müğənni Selin Dion 1 milyonda 1-də rast gəlinən nadir nevroloji xəstəliklə mübarizə apardığını deyib.

Sağalmaz sərt xəstəlik sindromu olduğunu deyən Dionun açıqlamaları pərəstişkarlarını üzüb. Bədəndə qeyri-iradi spazmlara səbəb olan xəstəliyin müalicəsi olmasa da, bəzi araşdırmalarla xəstəliyin gedişatını yavaşlatmaq olar.

1968-ci ildən musiqi bazarında olan Celine Dion 1997-ci ildə Titanik filmində və filmin albomunda yer alan "My Heart Will Go On" ilə də məşhurlaşıb.  

Aydın
OXŞAR XƏBƏRLƏR