Onu maliyyə fırıldaqçılığı və rüşvətxorluqda ittiham edirlər.
Müğənni Jasminin həyat yoldaşı, sahibkar İlan Şor Moldovada həbs olunub. Onu maliyyə fırıldaqçılığı və rüşvətxorluqda ittiham edirlər. Hazırda Şor həbsdədir.AZXEBER.COM Rusiya KİV-nə istinadla xəbər verir ki, Jasminin həyat yoldaşından başqa bu iş üzrə Rüşvətxorluqla milli mübarizə mərkəzinə digər fiqurantlar da çağırılacaq.
Xəbər verildiyi kimi, bu insanlar Moldovanın üç kommersiya bankından pul çıxarıb və Britaniya və Honqkonqda qeydiyyatdan keçirilmiş şirkətlərin Latviya bankındakı hesablarına köçürürdülər.
Məbləğ 1 milyard avroya yaxındır.