Azərbaycanda həkimlər çox zaman tənqid olunsa da, təqdirəlayiq həkimlərimiz də az deyil.
Xüsusən, həkimlərin vicdan məsələsi çox zaman gündəmə gətirilir, klinikalarda qiymətlərin baha olması, imkansız şəxslərə qeyri-ciddi münasibət hər zaman müzakirə obyektinə çevrilir. Ancaq ölkəmizdə təmənnasız əməliyyat edən, imkansızlara əl tutan və bunu reklam etməyən vicdanlı həkimlərimiz də yox deyil.
Belə bir hadisəylə Bakı sakini Murad Əliyev qarşılaşıb. O sosial şəbəkədə etdiyi paylaşımla hər kəsin diqqətini cəlb edib.
Hadisənin şahidi olan vətəndaş tanınmış həkim Mircəfər Seyid haqda paylaşım edib: "Bu günlərdə şahidi olduğum bir hadisə məni çox təsirləndirdi və bunu yazmağı özümə borc bildim. Deməli, restoranların birində istəmədən qulaq şahidliyi etdiyim hadisəni danışmaq istəyirəm. Bir xanım rayondan gəldiyini və həyatda ən böyük arzusunun burnunu plastik əməliyat etmək olduğunu deyirdi. O bu hadisəni gözyaşlarıyla rəfiqəsinə nəql edirdi. Xanım bildirdi ki, məhz bu səbəbdən də Bakıya köçüb və burada cüzi maaşla işə düzəlib. Bir gün plastik cərrah Mircəfər Seyidin yanına gedən xanım müayinədən keçib və əməliyyat üçün qiymətlə maraqlanıb. Həmin yerdən xəyal qırıqlığı ilə ayrılan xanım əməliyyat üçün 1 il işləməli olduğunu dərk edib. Daha sonra problemini və arzusunu həkimə danışan qız şok keçirib. Belə ki, imkansız olduğunu və pulu olmadığını görən həkim onu pulsuz əməliyyat edəcəyini deyib. Bu sözlərdən şok keçirən xanım hadisəni rəfiqəsinə danışarkən gözyaşlarını saxlaya bilmirdi.
Maraqlarım məni vadar etdi ki, adəçəkilən həkim haqda araşdırma aparım. Axı bu normal hal deyildi. Gördüyüm mənzərə isə məni təəcübləndirmədi. Həkimin xəstə sayının çox olması bir yana işlərinin mükəmməl və qüsursuz olmasi idi. Həkim reklama marağı olmadığını da hiss etdim. Ən çox sevindiyim məqam isə o oldu ki, öyrəndim ki, həkimi Türkiyəyə əməliyyat üçün dəvət edirlər, bu ümumilikdə Azərbaycan tibbi üçün çox əlamətdar hadisədir. Mən də bu olaydan çox təsirləndim və istədim ki, bunu dostlarımla paylaşım. Həqiqətən də ölkəmizdə də vicdanlı həkimlər var imiş, fürsətdən istifadə edib, şəxsən tanımasam da Mircəfər həkimə təşəkkürümü bildirirəm.
Qeyd edək ki, bu hadisə sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və həkim haqda xoş sözlər yazılıb.