Dünyanın məşhur köçürmə sistemlərindən olan "Western Union” Rusiya və Belarusda faəliyyətini dayandırır.
AZXEBER.COM Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə sistemin məlumatında deyilir.
"Rusiya və Belarusdakı xidmətlərimizlə bağlı düzgün qərar vermək üçün maraqlı tərəflərin geniş dairəsi ilə ətraflı dialoq apardıq. Daxili və xarici amilləri, o cümlədən dəyərli həmkarlarımız, tərəfdaşlarımız və müştərilərimiz üçün təsirləri diqqətlə nəzərdən keçirdik. Yekunda Rusiya və Belarusdakı fəaliyyətimizi dayandırmaq qərarına gəldik”, - məlumatda qeyd olunub.