Qazaxıstanın məşhur aktyoru Murat Bisembina dünyasını dəyişib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, bir müddət öncə insult keçirərək xəstəxanaya yerləşdirilmişdi.
Həkimlər 53 yaşlı aktyorun müalicəsini davam etdirmək üçün Almaniyaya getməli olduğunu desələr də, bu alınmayıb.
Aktyor bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Xatılrladaq ki, keçən il Bisembinaya mədəaltı vəzi xərçəngi diaqnozu qoyulmuşdu.
Aysel










































