Məşhur qrupların Türkiyə konserti ləğv olundu

Məşhur qrupların Türkiyə konserti ləğv olundu
MAQAZİN
12:09 11.02.2026
302
Beşiktaş Rayon Valiliyi tərəfindən "Slaughter To Prevail” və "Behemoth” qruplarının İstanbul konsertləri ləğv edilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, qərardan sonra Ankarada keçirilməsi planlaşdırılan "Behemoth” konserti də qadağan olunub.

Beşiktaş Rayon Valiliyi 10 və 11 fevral tarixlərində İstanbulda, Zorlu İfa Sənətləri Mərkəzinin Turkcell səhnəsində keçirilməsi planlaşdırılan iki metal konsertini ləğv edib. Qərara əsasən, 10 fevral saat 21:30-da səhnəyə çıxmalı olan "Slaughter To Prevail”, 11 fevral saat 21:30-da çıxış etməli olan "Behemoth” qruplarının konsertlərinə icazə verilməyib.

Valilik konsertlərin "ictimai dəyərlərlə uyğunsuzluq” səbəbilə qadağan edildiyini bildirib.

Valiliyin yaydığı rəsmi açıqlamada bildirilib ki, tədbirlə bağlı aparılan araşdırmalar nəticəsində konsertin sosial dəyərlərlə uyğun gəlmədiyi və cəmiyyətin müxtəlif təbəqələrinin reaksiyasına səbəb olduğu müəyyən edilib.

Qeyd edək ki, qərar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR