Məşhur reper nişanlanıb?

Məşhur reper nişanlanıb?
MAQAZİN
16:43 05.09.2023
381
"Reynmen" kimi tanınan türkiyəli məşhur reper nişanlanıb?
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Reynmen" kimi tanınan Yusuf Aktaş nişan şayiələrini təsdiqləyən açıqlama verib.

Kiprdə səhnəyə çıxan reper onun üçün açılan pankartların birində adının səhv yazıldığını anlayan Reynmen "Adımı səhv yazmısınız. Banneri mənə göndərin, düzəldərəm, imzalayıb geri göndərim" deyib.

Bir pərəstişkarının ona hədiyyə etdiyi qızılgülü əlindən bir an belə buraxmayan Reynmen ifasını alqışlarla bitirdikdən sonra mətbuat mənsublarının suallarını cavablandırıb.

Üzüyü ilə diqqət çəkən musiqiçiyə bununla bağlı sual ünvanlanıb.
 
Evlilik haqda düşünürsünüz sualına isə musiqiçi elə cavab verib: "Bəzi suallar cavabsiz qala bilər. İzləməyə davam edin".
 
Günel
OXŞAR XƏBƏRLƏR