Məşhur rus oliqarx vəfat etdi - FOTO

MARAQLI
13:51 19.12.2022
454
50 yaşlı daşınmaz əmlak maqnatı Dmitri Zelenov dekabrın 9-da müəmmalı şəkildə dünyasını dəyişib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Dmitri Zelenov dekabrın 9-da Fransa Rivierasındakı Antib şəhərində vəfat edib.

Rusiyanın "Baza” xəbər orqanı və yerli fransız yayımçısı Var Matinin məlumatına görə, 50 yaşlı oliqarx bəzi dostları ilə şam yeməyinə çıxıb. Özünü yaxşı hiss etməyən Zelenov pilləkənlərlə çıxarkən yıxılıb və kəllə-beyin travması alıb.

Xəstəxanaya çatdırılan Zelenovu həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. Məlumata görə, Zelenov ölümündən bir neçə həftə əvvəl açıqlanmayan ürək problemlərindən əməliyyat olunub, lakin əlavə məlumat verilməyib.

Qeyd edək ki, Zelenov vaxtilə Moskvanın ən mühüm daşınmaz əmlak investisiya və inkişaf institutlarından biri olan "Don-Stroy”un həmtəsisçisi olub.

1994-cü ildə Sovet İttifaqının dağılmasından qısa müddət sonra "Don-Stroy"u quran Zelenov qısa müddətdə var-dövlət qazanıb və 2008-ci ilə qədər müntəzəm olaraq "Forbes”in ən zəngin ruslar siyahısında idi.

Aydın
 

 


OXŞAR XƏBƏRLƏR