Məşhur şahmatçı Bakıdakı Olimpiadanı tərk etdi - Həyat yoldaşına görə

Məşhur şahmatçı Bakıdakı Olimpiadanı tərk etdi -  Həyat yoldaşına görə
İDMAN
16:09 07.09.2016
1699
Bakıda keçirilən Şahmat Olimpiadasını tanınmış sima tərk edib.
Azərbaycanın SOCAR klubunun da şərəfini qorumuş Veselin Topalov Bolqarıstan millisinin düşərgəsindən ayrılıb.
Dünya çempionunun ölkəmizi tərk etməsində əsas səbəb ikinci dəfə ata olmağa hazırlaşmasıdır. Belə ki, qrossmeysterin bu günlərdə ikinci qızı dünyaya gələcəyindən, o, həyat yoldaşının yanına yollanıb.
Bununla da Bolqarıstan millisi Bakıda 4 şahmatçı ilə qalıb. Topalovun turnirin sonuna kimi qayıdıb və ya qayıtmayacağı dəqiqləşməyib.
Apasport.az
OXŞAR XƏBƏRLƏR