Məşhur sima süni intellektin qadağan olunmasını istədi, dövlətə səsləndi

MAQAZİN
16:31 13.02.2025
184
Əslən yəhudi olan amerikalı aktrisa və müğənni Skarlet Cohanson sosial media hesabından dövlətə çağırış edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, dövlətin süni intellektdən istifadəni məhdudlaşdırmasını tələb edib.
 
Cohansonun bu istəyinin səbəbi isə onun və digər məşhurların süni intellekt vasitəsilə Kanye Vest əleyhinə yazıların dərc edildiyi köynəklərlə yayılan fotoları olub.
 
Yeni açıqlamasında o, hökuməti süni intellektdən istifadəni məhdudlaşdırmağa çağırıb:
 
"Mən şiddət və ya hər hansı bir nifrət ifadəsinə göz yummayan yəhudi qadınam. İnanıram ki, süni intellekt böyük təhlükədir. Səbəb hər nə olursa olsun, biz süni intellektdən sui-istifadənin qarşısını almalıyıq. Mən ABŞ hökumətini süni intellektdən istifadəni məhdudlaşdıran qanunların qəbulunu əsas prioritet etməyə çağırıram. Bu, bəşəriyyətin yaxın gələcəyinə böyük təsir göstərən ikitərəfli məsələdir” deyə o narahatlığını dilə gətirib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR