ABŞ-ın məşhur "23andme" genetik araşdırma şirkətinin istifadəçilərinin hesabları oğurlanıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, şirkət oktyabr ayında təxminən 6.9 milyon istifadəçinin şəxsi məlumatlarının internet hakerləri tərəfindən oğurlandığını açıqlayıb.
Şirkətin adı açıqlanmayan sözçüsü oktyabr ayında oğurlandığı bildirilən məlumatlarla bağlı açıqlama verib.
O, şirkətin nisbi axtarış xidməti təqdim edən məlumat bazasındakı təxminən 5.5 milyon istifadəçinin şəxsi məlumatlarına daxil olduğunu bildirib.
İnternet hakerlərinin 1.4 milyon insanın şəxsiyyət məlumatlarını ehtiva edən profillərin məlumatlarına da daxil olduğunu deyən rəsmi təxminən 14 min hesaba bağlı şəxslərin məlumatlarının oğurlandığını bildirib.
Mikayıl