ABŞ-nin nəhəng "Lego" oyuncaq şirkəti Kaliforniya polisinin saxlanılan cinayətkarların fotolarına şirkətin şəkilləri quraşdırmasına etiraz edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, şirkət ABŞ-nin Kaliforniya ştatında yaxalanan cinayətkarların fotoşəkillərinə oyuncaq şəkillərini montaj edən polisə reaksiya verib.
Cinayətkarların şəkillərinin paylaşılmasını məhdudlaşdıran qanuna görə, Kaliforniya polisi cinayətkarların fotolarına "kukla” başları taxıb.
Murrieta şəhərində polis tutduqları cinayətkarların "oyuncaq" başları ilə fotolarını paylaşmağa başlayıb.
Görüntülər yayıldıqdan sonra Lego-dan açıqlama verilib. Şirkət şübhəlilərin başlarına Lego oyuncaqlarının taxılmasından narahat olduğunu bildirib və təcrübənin dayandırılmasını istəyib.
ABŞ polisi də müəllif hüquqlarının pozulması səbəbiylə Leqonun etirazını qəbul etdiklərini və cinayətkarların fotolarını paylaşarkən yeni üsullar axtardıqlarını açıqlayıb.
Mikayıl