Məşhur teleaparıcı Ukrayna ordusuna yazıldı: Rusiyaya qarşı döyüşəcək

Məşhur teleaparıcı Ukrayna ordusuna yazıldı: Rusiyaya qarşı döyüşəcək
DÜNYA
13:40 20.04.2022
361
Məşhur jurnalist Ukrayna ordusunun sıralarına qatılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Zelenskinin könüllü çağırışına ABŞ-ın məşhur televiziya işçisi Malkolm Nens də qoşulub.

Müharibənin əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski bütün dünyanı ölkəsinin yanında döyüşməyə çağıranda on minlərlə insan Ukrayna sıralarına qoşulub.

Bildirilib ki, bir aydır ekranlarda görünməyən MSNBC kanalının siyasət və hərbi eksperti Malkolm Nens Ukraynaya gedib.

Keçmiş donanma əsgəri Nance sosial şəbəkə hesabında "Danışmaqdan yoruldum, artıq döyüşəcəyəm" deyərək Ukrayna sıralarında döyüşə qatıldığını bildirib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR