Apple brendi və onun məhsulları haqqında hər bir yeni məlumat texnologiya həvəskarlarını və brendin pərəstişkarlarının diqqətini çəkir. Bu dəfə iPhone, iMac, iPod kimi məşhur brendin məhsullarında "I” hərfinin mənası gündəm olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Steve Jobs, Steve Wozniak, Ronald Wayne tərəfindən qurulan iPhone-dakı 'i' hərfi sadəcə telefonun adındakı adi bir hərf deyil, Steve Jobs üçün də beş xüsusi məna daşıyır.
iPhone ilk çıxanda Apple artıq 'i' hərfi ilə başlayan bir sıra məhsullara sahib idi. Ona görə də i hərfi ilə başlayan yeni məhsul insanları çox təəccübləndirmədi.
Ancaq məlum oldu ki, iPhone-dakı 'i' hərfinin əslində əfsanəvi Apple baş direktoru Steve Jobsun ölümündən əvvəl verdiyi gizli məna var. 1998-ci ildə Jobs deyib ki, 'i' şirkətin fəlsəfəsi ilə əlaqəli beş fərqli sözü təmsil edir. Sözlər internet, individual(şəxsi), instruct (öyrətmək), inform (məlumat vermək) və inspire (ilham) idi.
iPhone-dakı "i" Apple-ın dizayn fəlsəfəsini simvolizə edən sirli simvollardan sadəcə biridir.
Ayşən