“İntiqam” serialında Yağmur obrazını canlandıran türk aktrisa Beren Saat ticarət mərkəzlərindən birində əlində alış-veriş etdiyi bağlamalarla birlikdə jurnalistlərə yaxalanıb. Məlumata görə, paparassiləri qarşısında görərək çaşan Saat əvvəl əlindəkiləri arxasında gizlətməyə çalışıb, sonra isə “məni belə çəkməyin” deyib və daha sonra bağlamalarını yerə ataraq sürətlə uzaqlaşıb.Qeyd edək ki, Beren Saat daha sonra avto-dayanacaq işçisi ilə qayıdıb və bağlamalarını götürərək avtomobilinə doğru irəliləyib. Bu dəfə onun bağlamalarını dayanacaq işçisi daşıyıb.Baş verənləri təəccüblə izləyən hadisə şahidləri isə gördüklərini, “Ya şöhrəti, ya da bağlamaları Beren Saata ağırılıq etdi” sözləri ilə dəyərləndiriblər.