Məşhur türk aktyor: "Nənəm gəncəlidir"

Məşhur türk aktyor: "Nənəm gəncəlidir"
MAQAZİN
18:03 31.10.2016
1411
Türkiyəli aktyor Tamer Karadağlı ARB TV-nin "Türk şou-maqazin" verilişinə açıqlama verib.
 
AZXEBER.COM-un məlumatına görə, aktyor ailəsinin Azərbaycanla əlaqələrindən söz açıb: "Nənəm və babam azərbaycanlıdır. Nənəm Gəncədəndir. Azərbaycanla bağlı hər şey mənim üçün çox vacibdir, çünki atalarımın torpağıdır. Əmimin oğlu 3 il Bakıda yaşadı. Amma mən Azərbaycana heç gedə bilmədim. Qohumlarım arasında adının Azər, Baycan, Araz olduğu insanlar var. Azərbaycan yeməkləri ilə böyümüşəm. Anam azərbaycanlı deyil, amma 50 il o ailənin içində olduğu üçün, bütün yeməkləri bişirməyi öyrənib. Qohumlarım Azərbaycan ləhcəsi ilə danışırlar".
OXŞAR XƏBƏRLƏR