Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi

MAQAZİN
09:16 13.02.2013
1620
Türkiyənin tanınmış müğənnisi Aslı Hünel xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Bu barədə məlumatı müğənninin meneceri Serdar Uyğun yayıb. Uyğun müğənni Hünelin kist əməliyyatına girdiyini, bu vaxt onun ürək ritmində nizamsızlıq meydana gəldyini bildirib.Qeyd edək ki, ürəkdə meydana gələn gözlənilməz nasazlıq səbəbindən vəziyyəti ağırlaşan Aslı Hünel başqa xəstəxanaya çatdırılıb və ilkin tibbi müdaxilədən sonra reanimasiya şöbəsinə yerləşdirilib.Sərdar Uyğun hazırda müğənninin Gülhanə Tibb Akademiyasında (GATA) olduğunu, onun vəziyyəti barədə mətbuata açıqlama veriləcəyini deyib.

OXŞAR XƏBƏRLƏR