Məşhur türkiyəli baş məşqçi: ""Qarabağ" yenə hakim haqsızlığına məruz qaldı"

Məşhur türkiyəli baş məşqçi: ""Qarabağ" yenə hakim haqsızlığına məruz qaldı"
İDMAN
11:23 19.10.2017
3772
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Oğuz Çətin "Qarabağ"ın futbolçusu Dino Ndlovunun İspaniya "Atletiko"su ilə oyunda ikinci sarı vərəqənin ardından meydandan kənarlaşdırıldığı epizodu dəyərləndirib.

"Tivibu" telekanalında qonaq olan 54 yaşlı mütəxəssis fransalı referi Ruddi Bukenin Ndlovuya haqsızlıq etdiyini bildirib. O deyib ki, eyni hal "Qarabağ"ın cərimə meydançası daxilində baş versəydi, Buke "Atletiko"nun lehinə penalti təyin edərdi: "Buna bənzər hal mən Azərbaycanda çalışdığım vaxt "Qarabağ"ın İtaliya "İnter"i ilə görüşündə də baş vermişdi. Həmin vaxt Azərbaycan klubu təmiz qolunun sayılmadığı tələbi ilə UEFA-ya şikayət etsə də, müsbət cavab almamışdı. İndi də avrokuboklarda yenidən haqsızlığa məruz qaldılar".

Çətinin fikrincə, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi təsadüfi deyil: "Qurban Qurbanov illərdir komandanın sükanı arxasındadır. Çempionatda problemləri yoxdur. Avropa kuboklarında isə uğurlarını artan templə yüksəltməkdədirlər. Qitəmiqyaslı oyunlar zamanı Azərbaycanda stadionlar dolur. "Qarabağ" heç bir oyunu asanlıqla uduzmur. Ötən tur "Roma" Bakıda çətinliklə qalib gəldi. Azərbaycan futbolunda inkişaf elə də yüksək deyil. Amma müəyyən komandalara sərmayə qoyulur. Ən çox diqqət isə "Qarabağ"a göstərilir. Onlar da bu işi yüksək səviyyədə görürlər. Bura qədər gəlmələri təsadüfi deyil".

Qeyd edək ki, "Atletiko" ilə matçın 75-ci dəqiqəsində Dino Ndlovu Dieqo Qodinin müdaxiləsindən sonra yerdə qalıb. Lakin baş hakim Ruddi Buke "Qarabağ"ın lehinə penalti yox, Ndlovuya ikinci sarı vərəqə göstərib və onu meydandan kənarlaşdırıb. Oğuz Çətin 2014-cü ilin iyunundan dekabrınadək "Xəzər Lənkəran"ın baş məşqçisi olub.    
 
///report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib