Tarixçi, yazıçı və politoloq Mustafa Çalık müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türk mədəniyyət və düşüncə dünyasının mühüm şəxsiyyəti olan Mustafa Çalıka bir müddət əvvəl xərçəng diaqnozu qoyulub.
Səhiyyə naziri Fahrettin Koca sosial media hesabında "Uzun müddətdir müalicə altında olan, inandığı dəyərləri yüksək səslə müdafiə etdiyi üçün xatırlayacağımız yazıçı və politoloq Mustafa Çalığı itirdik. Allah rəhmət eləsin, ailəsinə və yaxınlarına başsağlığı verirəm”-, deyə qeyd edib.
Nəzrin