Məşhur "Youtuber"in cansız bədəni tapıldı

Məşhur "Youtuber"in cansız bədəni tapıldı
DÜNYA
13:58 20.02.2024
181
Məşhur "YouTuber" dostu ilə Egeydə kanoedə balıq tutmaq üçün dənizdə üzərkən yoxa çıxıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, sosial media fenomeni və rəfiqəsi iki gün sonra ölü tapılıb.
    
Sahil mühafizəsi YouTuber və dostunun cəsədlərini 24 saat sonra Egey dənizi yaxınlığında tapıb.

YouTube səhifəsində macəralarını paylaşan Tasos və dostu axşam saatlarında geri qayıtmayınca yaxınları sahil mühafizəsi və liman idarəsinə məlumat verərək kömək istəyiblər.

Retimno və Sfakiya şəhərlərini tərk edən balıqçılar da axtarış-xilasetmə işlərinə başlayıb. Dənizdən və havadan helikopterlə aparılan geniş axtarışlardan sonra məşhur YouTuber və dostunun cəsədləri 48 saat sonra Egey dənizində sahildən 4 mil aralıda tapılaraq Krit adasına gətirilib. 

Bildirilib ki, Thesodoseu və Manetakis balıq tutmaq və ov anını lentə almaq üçün yola düşərkən tufan və axın tərəfindən açıq dənizə sürüklənərək boğulublar.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR