Məşhurlar bu pəhrizlə formada qalırlar

MARAQLI
13:30 27.03.2023
290
Chris Martin, Bruce Springsteen, Mark Wahlberg, Chris Hemsworth və Hugh Jackman və digər məşhurların ortaq bir cəhəti var. Onların hamısı eyni pəhriz proqramına əməl edirlər. Üstəlik, mütəxəssislər bu pəhrizin kifayət qədər sağlam olduğunu deyirlər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Coldplay qrupunun solisti Chris Martinin bu həftəki pəhrizi ilə bağlı açıqlaması ilə diqqət çəkib. Məşhur musiqiçi cəmi bir dəfə yemək yediyini bildirib. Martin kimi bir çox məşhurlar eyni pəhriz proqramını izləyir.

Chris Martin illər ərzində nəzərəçarpacaq dərəcədə arıqlayıb və kifayət qədər formada olub. Musiqiçi bu həftə verdiyi açıqlama ilə bu obrazın arxasındakı sirri də açıb. Əslində, Martin bu pəhrizə 73 yaşlı Bruce Springsteen ilə nahar etdikdən sonra başladığını söyləyib.

Martin yeməklərin sayını desə də, nə yediyini açıqlamayıb. 

Mark Wahlberg, Chris Hemsworth və Hugh Jackman gündə bir dəfə yemək pəhrizinə riayət edənlər arasındadır.

Bəs, bu şəkildə yemək sağlamdırmı?

Fasiləli yemək yeməyin insanın ömrünü uzatdığını, arıqlamağa səbəb ola biləcəyini və diabet və Alzheimer kimi xəstəliklər riskini azalda biləcəyini göstərən çoxsaylı araşdırmalar var.

Kalorilərin həzm edilməsinə və qida qəbuluna sərf olunan vaxtın məhdudlaşdırılması bədəndəki iltihabın səviyyəsini azaltmaqla yanaşı, hüceyrələrə zərər verə biləcək toksinlərin bədəndən atılmasına da vaxt verir.

Keçən il 40 yaşdan yuxarı 24,000 amerikalını izləyən bir məqalədə gündə bir dəfə yemək yeyənlərin gündə üç dəfə yemək yeyənlərə nisbətən 15 il ərzində hər hansı səbəbdən ölmə ehtimalının 30 faiz daha çox olduğu xəbərdarlığı edilib.

Ayşən

OXŞAR XƏBƏRLƏR