Məşhurlar "Mən Qarabağam” dedilər - VİDEO

SOSİAL
13:13 21.04.2016
1894

Gravity İnc. şirkətinin təşəbbüsü ilə hazırlanmış və bir çox tanınmış simanın iştirak etdiyi “Mən Qarabağam” adlı sosial video layihəsi ictimaiyyətə təqdim olunub.

Son günlərdə cəbhədə baş verən hadisələrdən təsirlənərək ərsəyə gətirilən layihə işğal altında olan Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçmiş bütün şəhidlərə və cəbhə xəttində qəhrəmancasına vuruşan əsgərlərimizə ithaf olunub.

Hazırlanmış layihənin fərqli cəhəti budur ki, Qarabağ haqqında həqiqətləri məhz Qarabağın dilindən səsləndirilir və videoda mövcud durumdan, Qarabağın daima Azərbaycana məxsus olduğundan bəhs olunur. Azərbaycan, ingilis və rus dillərində yayımlanan video, sosial mesaj şəklində həqiqətləri göz önünə gətirmək və işğal altındakı Qarabağa olan vətən sevgisinin daima alovlanacağını vurğulamaq məqsədi daşımaqdadır.

Qeyd edək ki, Gravity İnc. komandasının təşəbbüsü ilə baş tutan layihədə tanınmış simalardan Miri Yusif, Emin Əfəndi, Flora Kərimova, Dilarə Kazımova, Azad Şabanov, Emiliya Yaqubova, Pərviz İsaqov (Promete), Orxan Zeynallı (AİD), Pərviz Abdullayev, Şəhriyar Atababayev (Xpert), Nanə Ağamalıyeva, Tural Əsədov, Kamil Zeynalov, Azər Baxşəliyev və Vüqar Əliyev iştirak edib.

OXŞAR XƏBƏRLƏR