"İnter Mayami”nin hücumçusu Luis Suaresə ağır cəza verilib.
AZXEBER.COM xəbər verir ki, Liqalar Kubokunun finalından sonra "Sietl Sonders”in məşqçilər heyətindən birinə tüpürdüyünə görə turnirin Təşkilat Komitəsi uruqvaylı forvardı 6 oyunluq diskvalifikasiya edib. Bundan əlavə, MLS intizam orqanı futbolçuya əlavə 3 oyunluq cəza verib.
Beləliklə, Suares ümumilikdə 9 matçda komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, insident bazar günü keçirilən final qarşılaşmasının ardından baş verib.
Zəfər Hacılı