AZXEBER.COM-un məlumatına görə, Messi "Barselona"nın tarixində "Nou Kamp" stadionunda 100 qol həddini aşan ilk futbolçu olub.Lionel Messi İspaniya çempionatının son turunda "Real"a qarşı keçirilən və 2-2 hesabı ilə bitən matçda 100-cü qoluna imza atıb. Bundan başqa Lionel Messi "Real"la qarşılaşmada 2 qol vuraraq "El-classiko"da 17 qola imza atmış olub.İndi Lionel Messi "Barselona"-"Real" matçında daha bir qola imza atmaqla əfsanəvi Alfredo Di Stefanonun rekordunu yeniləmiş olacaq.