Messi barəsində cinayət işi açıldı!

İDMAN
01:00 13.06.2013
1673

Dünyanın ən güclü futbolçusu olan "Barselona" və Argentina milli komandasının hücumçusuLionel Messibarəsindən vergiləri ödəmədiyi üçün cinayət işi açılıb. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, vergi əməkdaşlarının “Barselona”da apardığı yoxlamalar zamanı Lionel Messinin və onun atasının 2007, 2008 və 2009-ci illərdə ümumən 4 milyon avronu vergidən yayındırdığı üzə çıxıb. Argentinada olan futbolçu hələlik bu barədə açıqlama verməyib. Artıq məsələ ilə bağlı prokurorRakel Amadməhkəməyə müraciət edib. Qeyd edək ki, Lionel Messi reklam və sponsor gəlirlərindən ildə 20 milyon avrodan çox pul qazanır.

OXŞAR XƏBƏRLƏR