Messi 'Barselona' ilə razılığa gəlmədi

İDMAN
18:25 06.02.2013
1491
Kataloniyanın argentinalı ulduzu Lionel Messi “Barselona” ilə hələlik razılığa gələ bilməyib.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, “Qızıl top”un dördqat qalibi ilə müqavilənin bir şərtinə görə razılaşma əldə olunmayıb. Klub futbolçunun satış məbləğini artırmaq istəyir. Hazırda bu məbləği 250 mln avrodur.Kataloniyalılar bununla özlərini sığortalamaq istəyirlər. Bununla Messini başqa klubun almaq şansı azala bilər.Argentinalı futbolçu bir neçə dəfə bildirib ki, “Barselona” klubunda özünü xoşbəxt hiss edir və həmçinin o, başqa klubda da oynaya biləcəyini istisna etməyib. Çünki hadisələrin necə cərəyan edəcəyi məlum deyil.

OXŞAR XƏBƏRLƏR