Messi baş məşqçini pərt etdi - VİDEO

İDMAN
13:13 20.10.2014
2189
İspaniya La Liqasında 8-ci həftə olduqca maraqlı bir hadisəyə səhnə olub.
"Barselona"nın "Eibar" ilə oynadığı matçda Leonel Messi baş məşqçini əməlli başlı əsəbləşdirib. Beləki, "Barselona"nın baş məşqçisi Lusi Enrikenin argentinalı ulduzu əvəzləmək cəhdi alınmayıb.
Enrike nə qədər cəhd etsədə Leo oyundan çıxmağa razılıq verməyib. Messinin bu laqeyd münasibətindən sonra çıxılmaz vəziyyətdə qalan baş məşqçi Neymarın əvəzlənməsini istəyib. Matçın 77-ci dəqiqəsində baş verən bu xoşa gəlməz hal canlı yayım zamanı da görüntülənib.
Sonda gənc futbolçu Münir Əl Haddadi Neymarın əvəzinə oyuna daxil olub. Bu hadisə İspaniya mətbuatında günün mövzusuna çevrilib və böyük əks-səda doğurub.
OXŞAR XƏBƏRLƏR