Luis Eneriki futbolçunu məşqlərdən azad edib.
İspaniyanın ”Barselona” futbol klubunun hücumçusu Lionel Messi ikinci dəfə ata olub.
Bu səbəbdən futbolçu komandanın baş məşqçisi Luis Eneriki tərəfindən bir müddət məşqlərdən azad olunub. Bundan əlavə futbolçu Argentina yığmasının da oyunçusudur.
Bu körpə Messi və Antonellinin ikinci uşağıdı. Yeni doğulan körpəyə Benjamin adı verilib. Cütlüyün birinci övladları 2012-ci ildə dünyaya gəlib. Onlar uşağa Tyaqo adını veriblər.