Messi: 'Kəs səsini, sən sadəcə Mourinyonun kuklasısan'
İDMAN
14:21 01.02.2013
3124
Messi “Real” klubunun oyunçusunu və məşqçisini təhqir edib.AZXEBER.COM-un "sports.ru" saytına istinadən verdiyi xəbərə görə, "Barselona"nın hücumçusu Lionel Messi İspaniya Kral Kubokunun 1/2 finalında “Real”a qarşı keçirilən birinci oyunundan sonra madridlilərin müdafiəçisi Alvaro Arbeloanı və məşqçi Aytora Karankunu təhqir edib.Argentinalı oyunçu “Santyaqo Bernabeu” stadionunun yanındakı avtodayanacaqda Arbeloa ilə əlbəyaxa olub və onu “axmaq” adlandırıb. Həmin vaxt Arbeloanın arvadı da orada olubmuş. Bu barədə xəbəri verilişdə Punto Pelota bildirib.“La Sexta” telekanalı və “La COPE” radiosu da Lionellə “Real” klubunun baş məşqçisinin köməkçisi Aytora Karanku arasında münaqişə barədə məlumat yayıb. "Kəs səsini, sən sadəcə Mourinyonun kuklasısan",- deyə Messi ona qışqırıb.