"Qızıl top" mükafatının səkkizqat sahibi, "İnter Mayami" klubunda çıxış edən argentinalı futbolçu Lionel Messi Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPro) versiyasına görə ilin rəmzi yığmasına daxil edilib.
Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.
Səsvermədə dünyanın müxtəlif ölkələrindən 19 806 futbolçu iştirak edib.
Rəmzi yığmanın heyətində, həmçinin, "Arsenal"ın ispaniyalı qapıçısı David Raya, müdafiəçilər Pau Kubarsi ("Barselona"), Əşrəf Hakimi (PSJ) və Nunu Mendeş (PSJ), yarımmüdafiəçilər Rodri ("Barselona"), Vitinya (PSJ) və Cud Bellinqem ("Real Madrid"), hücumçular isə Lamin Yamal ("Barselona"), Erlinq Holand ("Mançester Siti") və Kilian Mbappe ("Real Madrid") yer alıblar.
///oxu.az











































