"Barselona" və Argentina millisinin lideri Lionel Messi "TYC sports" kanalına açıqlama verib.
Argentinalı ulduz ilk öncə sabiq komanda yoldaşı Neymarın Real-a mümkün transferi haqqında fikirlərini bölüşüb.
"Neymarın Real formasını geyinməsi dəhşətli olardı. O, Barcelona üçün şpx əhəmiyyətlidir. Birlikdə titullara sahib çıxıb, La Liqa və Çempionlar Liqasının qalibi olmuşuq. O, Real Madrid-i çox gücləndirə bilər. Neymar Real-a keçsə, bizə ağır zərbə olar. Onunla danışırıq. PSG-də qalmaq istəyir.
Messi Kriştianu Ronaldo ilə rəqabəti barədə sualı da cavablandırıb.
"Futbol tarixində ən yaxşı və ya 2,3,4-cü olmaq məni maraqlandırmır. Ən yaxşı oyunçu statusu heç nəyi dəyişmdirmir. Hər dəfə mövsüm başlayanda daha yaxşı və var gücümlə oynamaq, komanda yoldaşlarıma kömək etmək istəyirəm. Mən futbol oynayıram ki, inkişaf edim və qalib gəlim. Tarixdə ən yaxşı olmaq mənim məqsədim deyil".
/// goal.az