Messi PSJ komandasının düşərgəsinə qayıtdı

Messi PSJ komandasının düşərgəsinə qayıtdı
İDMAN
19:28 04.01.2023
293
Argentina millisinin kapitanı Lionel Messi Fransanın PSJ komandasının düşərgəsinə qayıdıb.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu yığma ilə Qətərdə keçirilən dünya çempionatındakı qələbədən sonra Parisə gələrək, kollektivə qoşulub.

Ulduz futbolçuya əlavə istirahət verildiyindən, o, "Strasburq"a 2:1 hesabı ilə qalib gəldikləri, "Lans"a isə 1:3 hesabı ilə uduzduqları çempionat oyunlarını buraxıb.

Qeyd edək ki, Argentina yığması mundialın finalında Fransaya qalib gələrək dünya çempionu olub.
OXŞAR XƏBƏRLƏR