Messi sirrini açıqladı: Qapıçıların hərəkətlərini izləyirəm

Messi sirrini açıqladı: Qapıçıların hərəkətlərini izləyirəm
İDMAN
09:55 27.12.2019
3008
"Barselona"nın ulduz futbolçusu Lionel Messi cərimə zərbələrini uğurla yerinə yetirməsindən bəhs edib. 

Bu barədə o, klubun rəsmi saytına danışıb. 

Messi bildirib ki, cərimə zərbələrini uğurla yetirə bilmək üçün qapıçıları öyrənməyə daha çox vaxt ayırır. O, əlavə edib ki, zərbə anında qokliperlərin hərəkətlərini izləyir və bunun nəticəsində fərqlənməyi bacarır.

Qeyd edək ki, argentinalı ulduz futbolçu "La Liqa"da 13 matç keçirib və 13 dəfə fərqlənib.
 
Baku.ws
OXŞAR XƏBƏRLƏR