Messi tarix yazdı, 'Apoel' hər kəsi şoka saldı - NƏTİCƏLƏR

İDMAN
14:00 08.03.2012
2075
Dünən Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində növbəti görüşlər keçirilib. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 2 qarşılaşma baş tutub.Bu mövsüm ÇL-in sürpriz komandalarından olan Kiprin APOEL klubu doğma azarkeşləri önündə Fransa "Lion"unu qəbul edib. İlk görüşdə rəqibinə 1:0 hesabı ilə qalin gələn "Lion" bu üstünlüyünü qorumağa çalışacaqdı. Lakin APOEL erkən qolla hesaba tarazlıq gətirib. Oyundan sonra penaltilər seriyasında daha dəqiq oynayan Kipr təmsilçisi növbəti mərhələyə adlayıb - 4:3.Günün digər qarşılaşması isə Barselonada baş tutub. Burada yerli "Barselona" klubu Leverkuzenin "Bayer" komandasını qəbul edib. Səfərdə 3:1 hesabı ilə qalib gələn Kataloniya təmsilçisi bu görüşün də əsas favoriti hesab olunurdu. "Barselona" bu dəfə rəqibini biabır edib. Meydan sahiblərinin 7:1 hesabı ilə qalib gəldiyi oyunda Messi 5 qol vurmaqla diqqət çəkib. Qeyd edək ki, dünən keçirilən cavab görüşlərindən sonra artıq iki komanda - "Milan" və "Benfika" klubları 1/4 finala vəsiqə qazanıblar. 7 martÇempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları23:45. APOEL (Kipr) - "Lion" (Fransa) (ilk oyun - 0:1) - 1:0 (Penaltilər seriyası - 4:3) "Lion": + + + - -APOEL: + + + +Qol: Manduka, 9 (1:0)23:45. "Barselona" (İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) (ilk oyun - 3:1) - 7:1Qollar: Messi, 25 (1:0), 42 (2:0), 50 (3:0), 58 (5:0), 85 (7:0), Tello, 55 (4:0), 62 (6:0), Bellarabi, 90+1 (7:1)6 mart"Arsenal" (İngiltərə) - "Milan" (İtaliya) (ilk oyun - 0:4) - 3:0Qollar: Kosielni, 7 (1:0), Rosiçki, 26 (2:0), Van Persi, 43-pen (3:0)"Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya) (ilk oyun - 2:3) - 2:0

OXŞAR XƏBƏRLƏR