Messi təkbaşına ''Milan''dan çox qol vurub!

İDMAN
15:20 21.11.2012
1347

"Barselona" klubunun hücumçusu Lionel Messi rekordları alt-üst etməkdə davam edir.

AZXEBER.COM-un məlumatına görə, argentinalı futbolçu dünən "Spartak"la keçirilənoyunda (3:0)cari ildə80-ci qoluna imza atıb.

Moskvada dubllayadda qalanMessi Almaniya millisininsabiqfutbolçusu Gerd Müllerin rekorduna bir qədər də yaxınlaşmış oldu. Aktivində 80 qol olan Messini Müllerin rekordundan cəmi 5 top ayırır.

Bununla yanaşı, Çempionlar Liqasında 56 qolu olan Messi Rud Van Nistelroya çatıb. Bu rəqabətdə 25 yaşlı futbolçu yalnız "Real" (Madrid) klubunun canlı əfsanəsi Raul Qonzalesə uduzur.

Qeyd edək ki, Messi 2012-ci ildə vurduğu 80 qolla "Milan" klubunu da geridə qoyub. Belə ki, İtaliya nəhəngi 2012-ci ildə bütün turnirlər nəzərə alınmaqla cəmi 76 dəfə rəqib qapılarına yol tapıb.

OXŞAR XƏBƏRLƏR